MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında “Səni sevirik, Xəzərim” adlı musiqili tamaşa hazırlanır

A+ A

Bakı, 20 dekabr, AZƏRTAC

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) orta ixtisas musiqi məktəb-studiyasının uşaq opera teatrı yeni tamaşanın məşqlərinə başlayıb. Belə ki, dekabrın 28-də BMA-da “Səni sevirik, Xəzərim” adlı musiqili tamaşa sənətsevərlərə təqdim olunacaq.

BMA-dan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissorları Elvin Mirzəyev və Nigar Mirzəyeva, musiqi rəhbəri isə Ofeliya Axundovadır.

Səhnə əsərinin bədii rəhbəri Əməkdar İncəsənət Xadimi, professor Tərlan Seyidovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.