MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında Ümummilli Liderin xatirəsi anılıb

Bakı, 13 dekabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ümummilli lider, görkəmli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin anma mərasimi keçirilib.

Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə BMA-nın “Ənənəvi musiqi və müasir texnologiyalar” kafedrasının dosenti Ariz Abduləliyev doktorluq elmi işini “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyətinin inkişafı” mövzusuna həsr etdiyini bildirib. O, Ulu Öndərin musiqi incəsənəti sahəsində tarixi əhəmiyyətli qərarlarından, eləcə də onun gənclər siyasəti haqqında atdığı uğurlu addımlardan bəhs edib. Eyni zamanda, Heydər Əliyevin Azərbaycan musiqiçilərinə verdiyi dəyərdən danışıb.

Tədbirdə Xalq artistləri Arif Məlikov, Ramiz Quliyev, Əməkdar İncəsənət Xadimi, professor Telman Hacıyev və başqaları böyük şəxsiyyətin tarixi və çoxşaxəli fəaliyyətindən söz açıblar, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.

Sonda BMA-nın tələbələri kiçik konsert proqramı ilə çıxış ediblər.

Akademiyanın kamera və orqan musiqi zalında günün ikinci yarısında davam edən tədbirdə BMA, Milli Konservatoriya, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.