MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında görkəmli alman bəstəkarının əsərləri səsləndirilib
Bakı, 24 dekabr, AZƏRTAC
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) dünya şöhrətli alman bəstəkarı Johannes Bramsın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsert BMA-nın müəllim və tələbə heyətinin iştirakı ilə gerçəkləşib.
Belə ki, konsertdə BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli (piano), Əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Səbinə Əsədova (metso-soprano) tərəfindən bir sıra kompozisiya və duetlər səsləndirilib.
Həmçinin, gənc ifaçılar Ümida Abbasova (violin) və Lalə Hüseynzadə (piano) bəstəkarın “Skertsosu”nu ifa ediblər.
Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı konsert proqramı maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]