MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında keçirilən ustad dərsləri başa çatıb

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Polşanın Adam Mitskeviç İnstitutu tərəfindən reallaşan “I Culture Orchestra” layihəsi çərçivəsində ustad dərsləri başa çatıb. Layihənin əsas məqsədi BMA-nın gənc musiqiçi - tələbələrinin seçimlərdən sonra yaradılan beynəlxalq orkestrlərdə iştirakına yardımçı olmaqdır.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, ustad dərslərində Böyük Britaniyalı məşhur musiqiçi və müəllimlər Jolt-Tixamor Vişontay (violin), Mark van de Vil (klarnet) və Endryu Kreşçi (tuba) iştirak ediblər.

Ustad dərslərinin məqsədi musiqiçilərə orkestr çətinliklərini öyrətmək və onların orkestrdə fəaliyyətlərini kamilləşdirməkdir. 40-a yaxın nəfəs və simli alətlər şöbəsinin tələbələri böyük maraqla bu mühüm beynəlxalq layihəyə qatılıb.

Bağlanış konsertində BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli və Polşanın Azərbaycandakı səfiri Marek Tsalka çıxış ediblər.

Gecənin sonunda layihənin koordinatoru Marta Lazetska layihənin uğurla keçirilməsinə şərait yaratdığı üçün BMA-nın rəhbərliyinə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.