MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında məzun günü

Bakı, 23 iyun, AZƏRTAC

Hər il olduğu kimi, bu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) təntənəli məzun günü qeyd olunub. Belə ki, müstəqil həyata qədəm qoyan akademiyanın məzunları bu əlamətdar günü çox sevinclə qarşılayıblar.

BMA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, BMA-nın tələbə, müəllim heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək gənc məzunlara təbrikini çatdırıb. O, gənclərə rəhbəri olduğu ali təhsil ocağının yaşatdığı ənənələrə daim sadiq olmağı tövsiyə edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunları təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Sonra BMA-nın prorektoru, Xalq Artisti, professor Yeganə Axundova akademiyanın yaranma tarixindən və tələbələrin sahib olduğu uğurundan söz açıb.

Tədbir tələbələrin konsert proqramı ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.