MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında ustad dərsləri

Bakı, 10 mart, AZƏRTAC

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Böyük Britaniyadan olan tanınmış musiqiçilər - violin ifaçısı Pol Kortez və faqot ifaçısı Rabin O’neillin iştirakı ilə ustad dərsləri təşkil olunub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, ustad dərsləri “I, Culture Orchestra” layihəsi çərçivəsində reallaşıb.

Akademiyanın “İfaçılıq” fakültəsinin tələbələrinin qatıldığı ustad dərsləri maraqla qarşılanıb.

Sonda tələbələr müxtəlif musiqi kompozisiyaları ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.