MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasının kamera orkestri Almaniyada konsert proqramı ilə çıxış edib

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Baku Chamber Orchestra” gənclər kamera orkestri Almaniyanın Volfratshausen, Münxen, Fürstenfeldburk şəhərlərində böyük konsert proqramı ilə çıxış edib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, bu səfər “Baku Chamber Orchestra” və Almaniyanın “Neue Philharmonie München” orkestrlərinin baş dirijoru Fuad İbrahimovun layihəsi əsasında qurulub. Konsertdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra” gənclər kamera orkestri 2011-ci ildə fəaliyyətə başlayıb. Orkestr ölkəmizin müxtəlif bölgələrində, mötəbər salonlarında, həmçinin Türkiyə, BƏƏ, İtaliya, Fransa, Yunanıstan, Özbəkistan, Belçika, Almaniya və başqa ölkələrdə konsert proqramları ilə çıxış edib, bir çox mükafatlara layiq görülüb.

Almaniyanın “Neue Philharmonie München” orkestri 10 ildən artıqdır fəaliyyət göstərir və dünyanın bir çox ölkələrində böyük konsertlərlə çıxış edib. Orkestrin heyətinə 14 ölkəni təmsil edən ifaçılar daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.