MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasının opera studiyasının üzvləri konsert proqramı ilə çıxış edəcəklər

Bakı, 9 yanvar, AZƏRTAC

Yanvarın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera studiyasının üzvləri konsert proqramı ilə çıxış edəcəklər.

Akademiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsert proqramı “Baku Opera Art” layihəsi çərçivəsində gerçəkləşəcək. Layihənin məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləməkdən ibarətdir. Təqdim olunan bir sıra operalardan hissəciklərlə yanaşı, 40 ildən çoxdur səhnələşdirilməyən Ş.Qunonun “Faust” operasından bütöv akt nümayiş olunacaq. Həmçinin, konsertdə Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə opera studiyasının kollektivi xor nömrələri səsləndirəcək.

Konsertin bədii rəhbəri Xalq Artisti Fəxrəddin Kərimovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.