İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərdə monitorinqlər aparır

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə göstərilən xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılmasını təmin etmək, qoyulan tələblərin icra vəziyyətini yerində öyrənmək və mövcud çatışmazlıqların vaxtında aradan qaldırılması üçün agentlik tərəfindən daşıyıcı şirkətlərdə monitorinqlər aparılır.

BNA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə monitorinq Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimlinin iştirakı ilə "Xaliq Faiqoğlu" MMC-də keçirilib. Monitorinq zamanı MMC-nin təmir mərkəzinə baxış olub. Əsas diqqət müasir diaqnostika cihazlarının olmasına, texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə yönəldilib. Həmçinin mərkəzdə əməyin mühafizəsinin təşkili, avtobuslara gündəlik baxış və digər zəruri xidmətlərin göstərilməsi vəziyyəti yoxlanılıb. Təmir mərkəzində avtobusların daxili və xaricinin təmizlənməsi, sürücülərin xəttə çıxmamışdan əvvəl həkim müayinəsindən keçməsi üçün tibb məntəqəsinin, dispetçer, ehtiyat hissələri üçün anbar və ofis otaqlarının olması barədə məlumat verilib.

Monitorinqdə Bakı Nəqliyyat Agentliyi nəzdində fəaliyyət göstərən nəqliyyat sisteminin təkminləşdirilməsi üzrə xarici ekspert qrupunun rəhbəri Panaqiotis Rotopsaltis və agentliyin müvafiq şöbələrinin məsul şəxsləri iştirak edib.

Bakı Nəqliyyat Agentliyinin Baş direktoru V.Kərimli "Xaliq Faiqoğlu" MMC-nin rəhbərliyinə sərnişinlərə göstərilən xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, tapşırıq və tövsiyələrini verərək, yüksək xidmətin təkcə bir neçə marşrut xətti ilə məhdudlaşdırılmasının yolverilməz olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.