İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib VİDEO
Bakı, 17 avqust, Elvin Camalov, AZƏRTAC
“Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
“Yəni, hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən asılı olaraq müəyyən edilməlidir”, - deyə o bildirib.
M.Ağayevin sözlərinə görə, ekspertlər avtomobillər arasında ara məsafəsinin düzgün seçilməsi ilə bağlı sürücülərə kömək ola biləcək bir neçə üsul təklif edirlər. Bu üsullardan biri də “2 saniyə” qaydasıdır. Təkcə ara məsafəsinin düzgün təyin edilməməsi səbəbindən gün ərzində çox sayda avtomobil qəzası baş verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]