İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi taksilərin vahid qeydiyyat sisteminin yaradılması üçün tədbirlərə başlayıb

A+ A

Bakı, 1 oktyabr, Elvin Camalov, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi taksilərin vahid qeydiyyat sisteminin yaradılması üçün tədbirlərə başlayıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova AZƏRTAC-a deyib.

O bildirib ki, əsas məqsəd taksi xidməti ilə məşğul olan fiziki və hüquqi şəxsləri fərqlənmə nişanları almağa cəlb etməkdir. Bununla bağlı agentlikdə xüsusi işçi qrupu yaradılıb və həmin qrup şəhərdə taksilərin sıx toplaşdığı ərazilərdə araşdırmalara başlayıb. Qrup üzvləri taksi sürücüləri ilə fərdi söhbətlər aparır və onlara fərqlənmə nişanlarının üstün cəhətləri izah olunur.

N.Allahyarova qeyd edib ki, fərqlənmə nişanlarının alınmasının əsas üstünlüyü odur ki, biz Bakıda fəaliyyət göstərən taksilərin sayını müəyyənləşdirəcəyik. Bundan sonra, Bakıda fəaliyyət göstərən taksilərin vahid qeydiyyat sistemi yaradılacaq.

“Fərqlənmə nişanı almaq istəyən şəxs istənilən bank filialında 18 manat rüsum ödəyərək Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ödəmə qəbzini təqdim edir və fərqlənmə nişanı alır. Fərqlənmə nişanı alan bütün taksilər şəhərin istənilən nöqtəsində dayana və normal taksi fəaliyyəti ilə məşğul ola bilər. Nişan hər ay alınmalıdır”, - deyə N.Allahyarova vurğulayıb.

N.Allahyarova fərqlənmə nişanı almayan taksilərin fəaliyyətinin qanunsuz hesab ediləcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.