İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi vahid sürücü bazasının yaradılmasını yekunlaşdırıb

Bakı, 1 avqust, Elvin Camalov, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi (BNA) vahid sürücü bazasının yaradılmasını yekunlaşdırıb. Vahid sürücü bazasına 3002 sürücünün məlumatı daxil edilib.

Bu barədə AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

O bildirib ki, BNA-nın tələbinə əsasən müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlər öz sürücüləri ilə bağlı məlumatları vahid bazada toplanması üçün təqdim edib. Bazada məlumatları olan sürücülərin əmək fəaliyyətinə nəzarət etmək də mümkün olacaq və həmin sürücülər yaxın 10 gün ərzində Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb ediləcək.

M.Ağayevin sözlərinə görə, təlimləri keçməyən sürücülər sükan arxasına buraxılmayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.