SİYASƏT


Bakı Nəqliyyat Agentliyində Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi qeyd edilib

Bakı, 27 may, Elvin Camalov, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyində Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi ilə bağlı yığıncaq keçirilib.

Bu barədə AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirilib. Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov Azərbaycan xalqının tarixində və taleyində misilsiz yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti, nailiyyətləri və süqutu barədə məlumat verib. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixində Sərəncam imzaladığını xatırladan M.Abbasov həmin Sərəncamda dövlət başçısının 28 may tarixinə verdiyi önəmi xüsusi vurğulayıb.

Diqqətə çatdırılıb ki, Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra tarixi müstəqilliyini bərpa edən Azərbaycan dövlətinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu böyük dövlət xadiminin dühası, qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub. Bütün sahələrdə tərəqqi əldə edən Azərbaycan dövləti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşayır.

Digər çıxışçılar da Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi ağır və şərəfli yoldan danışıblar və milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsini, dövlət sərhədlərinin müəyyən olunmasını, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsini, ana dilinin dövlət dili elan olunmasını, hakimiyyət strukturunun və onun fəaliyyət mexanizminin formalaşmasını Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.