CƏMİYYƏT
Bakı Nəqliyyat Agentliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 22 dekabr, Elvin Camalov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2015-ci il tarixli fərmanı ilə yaradılan Bakı Nəqliyyat Agentliyinin 1 yaşı tamam olub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Bakı Nəqliyyat Agentliyinin kollektivi dekabrın 22-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən agentliyin kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər çiçəklər düzüb.