İDMAN


Bakı Olimpiya Stadionu “Dünyanın ən yaxşı yeni stadionu” mükafatına layiq görülüb

Bakı, 25 may, AZƏRTAC

Qətərin paytaxtı Dohada Dünya Stadionlar Konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin sonunda müxtəlif nominasiyalar üzrə dünyanın ən yaxşı stadionları adına layiq görülən arenalar mükafatlara layiq görülüb.

Bakı Olimpiya Stadionu (BOS) “Dünyanın ən yaxşı yeni stadionu” nominasiyasında mükafatla təltif edilib. BOS-un tikintisində iştirak edən “TEKFEN İnşaat” şirkəti də mükafata layiq görülüb.

Müxtəlif kateqoriyalar üzrə Moskvadakı “VTB Arena”, Barselonadakı “Kamp Nou”, Aşqabad Olimpiya Stadionu və Birləşmiş Ərəb Əmirliklərindəki “Həzza Bin Zayed” stadionu da qalib elan edilib.

Müsabiqənin münsiflər heyəti məşhur tikinti mütəxəssisləri Filip Herpel, Mark Fenvik və Kris Daytdan ibarət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.