İDMAN


Bakı Olimpiya Stadionunda yeni fitnes mərkəzi istifadəyə verilib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC 

Bakı Olimpiya Stadionu daha bir layihəyə start verib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın ən böyük idman arenası yeni fəaliyyət növü ilə istifadəçilərə xidmət göstərməyə başlayıb. Belə ki, bunadək idmansevərlərə bir sıra xidmətlər təklif edən stadionda “Olympiski” fitnes mərkəzi açılıb. Oktyabrın ilk günündən fəaliyyətə başlayan mərkəz Bakı Olimpiya Stadionunda 900 kvadratmetr ərazidə yerləşir. Burada ən son ağıllı və erqonomik texnologiyalar vasitəsilə bütün əzələ qruplarını inkişaf etdirmək mümkündür.

Stadion rəhbərliyinin təşəbbüsü ilə fitnes müştəriləri peşəkar qaçış zolağında qaçaraq təmiz havada isinmə hərəkətlərin tamamlaya bilərlər. Ən son idman avadanlıqlarından əlavə “Olimpiski” geniş və təmiz soyunma otağı, rahat duş, sauna və hamam xidmətləri də təklif edir.

Mərkəzin direktoru Zaur Rəsulov da fəaliyyətləri haqda fikirlərini açıqlayıb: “Biz hər kəsin istədiyi bədənə sahib olmasına dəstəyimizi göstəririk və məşqçilərimizin məsləhətləri ilə müştərilərimizə düzgün idman ritmi yaratmağa kömək edirik”.

Qeyd edək ki, hər gün səhər saat 07:00-dan axşam 23:00-dək fəaliyyət göstərəcək mərkəzdə aylıq ödəniş 25 manatdan başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.