İDMAN
“Bakı Open 2014” beynəlxalq turnirində mükafata layiq yerlər uğrunda mübarizəyə 22 ölkənin şahmatçıları qoşulublar
Bakı, 23 sentyabr (AZƏRTAC). Azərbaycanın paytaxtında “Bakı Open 2014” ənənəvi beynəlxalq şahmat turnirinin ilk turunun oyunları keçirilib. Qələbə uğrunda mübarizəyə 22 ölkədən 70 şahmatçı, o cümlədən 32 qrossmeyster qoşulub.
AZƏRTAC xəbər verir ki, bu forumda Azərbaycanı qrossmeysterlər Eltac Səfərli, Nicat Məmmədov, Namiq Quliyev, Vüqar Rəsulov də daxil olmaqla 29 şahmatçı təmsil edir.
“A” qrupunda birinci turda 27 oyunçu qələbə qazanıb. Azərbaycan şahmatçılarından Kamal Ağasıyev, Orxan Abdulov, Talıb Babayev, Fərid Zeynalov, Xəyalə Abdulla, Aqil Pirverdiyev, Nicat Məmmədov, Namiq Quliyev, Vüqar Rəsulov, Zaur Məmmədov, Bəhruz Rzayev və Misrəddin İsgəndərov öz partiyalarını qələbə ilə başa vurublar.
İsveçrə sistemi üzrə klassik nəzarət vaxtı ilə keçirilən turnir 9 turdan ibarət olacaq. Yarış sentyabrın 30-na qədər davam edəcək.