MƏDƏNİYYƏT


“Bakı Oskarı-2” film festivalı keçiriləcək

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Bakı Oskarı-2” qısametrajlı film festivalı keçiriləcək.

AZƏRTAC festivalın “facebook” səhifəsinə istinadla bildirir ki, peşəkar və həvəskar gənc rejissorların iştirakı ilə keçiriləcək film festivalına həvəsi olan hər bir şəxs öz filmi ilə qatıla bilər.

Layihənin əsas məqsədi gənc rejissorların işini dəyərləndirmək, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdan ibarətdir.

Üç gün davam edəcək festivalda ən yaxşı 10 qısametrajlı film münsiflər tərəfindən seçiləcək. Dini, siyasi və qeyri-etik mövzular istisna olmaqla gənc rejissorlar bütün mövzulara müraciət edə bilər. Təqdim olunan videomaterialın xronometrajı maksimum 15 dəqiqə olmalıdır. Bundan əlavə, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ssenarist”, “Ən yaxşı operator” seçilərək “Bakı Oskarı” nominasiyaları üzrə mükafatlandırılacaq. Qeydiyyat avqustun 31-dək davam edəcək. Mükafatlandırma mərasimi sentyabrda həyata keçiriləcək.

Qeyd edək ki, iştirak etmək istəyənlər [email protected]  elektron ünvana müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.