ELM VƏ TƏHSİL


Bakı Peşə məktəbləri və liseylərində təhsil alan qızların əl işləri nümayiş olunub

Bakı, 25 yanvar, AZƏRTAC

“Peşəm mənim karyeramdır - gənc qızlara dəstək” layihəsi çərçivəsində sərgi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, sərgidə 5, 10, 13 nömrəli Bakı peşə məktəbləri və 12, 18 nömrəli Bakı peşə liseylərində təhsil alan qızlar iştirak ediblər.

Sərgidə aşpaz, ağac üzərində naxış rəssamı, xalçaçı, dərzi, qənnadıçı-şirniyyatçı, geyim üzrə dizayner, bərbər-vizajist, interyer və eksteryerin bədii tərtibatçısı, qrimçi-pastijor, kostyum ustası və dərzi ixtisasları üzrə təhsil alan qızların əl işləri nümayiş olunub.

“Peşəm mənim karyeramdır - gənc qızlara dəstək” layihəsi Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.