İQTİSADİYYAT


Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda qatarlar daha sürətlə hərəkət edəcək

A+ A

Bakı, 23 noyabr, Elvin Camalov, AZƏRTAC

Təmir işləri yekunlaşdıqdan sonra Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda qatarlar daha sürətlə hərəkət edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda uzun müddətdir təmir işləri aparılmadığından burada görüləsi işlər çoxdur. Bu yol işlək vəziyyətdə deyildi, yollar köhnəlib, yenidən təmirə ehtiyac yaranmışdı.

C.Qurbanovun sözlərinə görə, Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan işlərin tez yekunlaşması və qatarların daha sürətlə hərəkət etməsi üçün işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.