İQTİSADİYYAT
Bakı-Qazax avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti tam və qismən məhdudlaşdırılacaq
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Bakı-Qazax magistral avtomobil yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam və qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
İyunun 12-də səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 kilometrliyindən 72-ci kilometrə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılır.
İşlərin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkətində tam və qismən məhdudlaşdırılma olacaq.
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
Bunun üçün də “Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sürət həddinə nəzarət etmələrini xahiş edir.