CƏMİYYƏT


Bakı Regional Mərkəzi tələbələr üçün təlim kursu təşkil edib

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə artıq altıncı ildir tələbələr arasında maarifləndirmə tədbirlərini davam etdirir.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri də “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilib.

Tədbirdə Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə və Tibb xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının, Bakı şəhər təcili təxirəsalınmaz tibbi yardım stansiyasının, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.

Nəzəri hissə zamanı “Zəlzələ zamanı davranış qaydaları”, “Sel və daşqın zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Meşədə yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “Civə dağılmaları zamanı davranış qaydaları”, “112” qaynar xətti” və “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında məruzələr dinlənilib, mövzulara aid videoçarxlar nümayiş etdirilib.

Praktik hissədə isə xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıq, yanğınsöndürmə texnika və vasitələrinin təyinatı, ondan istifadə qaydaları, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, eləcə də maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları barədə ətraflı məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.