CƏMİYYƏT


Bakı Sağlamlıq Mərkəzində uşaqlar üçün tədbir keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Qeydiyyat Şöbəsinin birgə təşkilatçılığı ilə Bakı Sağlamlıq Mərkəzində keçirilən tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Rayon Qeydiyyat Şöbəsinin müdiri Səadət İsmayılova uşaqlarla əlaqədar həyata keçirilən sosial layihələr və ölkəmizin kiçik yaşlı sakinlərinə göstərilən dövlət qayğısından danışıb.

Rayon icra hakimiyyəti başçısının müavini İradə Mahmudova tədbir iştirakçılarına uşaqların hər cür qayğı ilə əhatə olunması və layiqli vətəndaş kimi yetişməsinın dövlətimiz üçün prioritet məsələ olması, Heydər Əliyev Fondunun sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək sahəsində həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib.

YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi üçün görülən işlərdən söhbət açıb.

Bayram tədbiri uşaq yaradıcılıq qruplarının nümayiş etdirilən bədii kompozisiyalar və rəqslərlə davam etdirilib.

Tədbirin sonunda dünyaya yeni gələn körpələrin valideynlərinə doğum haqqında şəhadətnəmə və hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.