İDMAN


Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi “Zəfər” mükafatına layiq görülüb

Bakı, 3 fevral, AZƏRTAC 

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 2016-cı ilin yekunlarına əsasən, “İlin təşkilatçısı” nominasiyasında “Zəfər” yüksək idman nailiyyətləri beynəlxalq mükafatına layiq görülüb.

Əməliyyat Komitəsindən AZƏRTAC-a bildiriblər ki, nominasiya 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsinə görə təqdim olunub.

Mükafatı Əməliyyat Komitəsinin direktor müavini Joana Qolas qəbul edib.

Xatırladaq ki, 2016-cı il sentyabrın 1-dən 14-dək Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasında 176 ölkədən idmançılar iştirak ediblər. Bu göstərici FIDE tarixində yeni rekord olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.