İDMAN


Bakı Şahmat Olimpiadasına həsr olunan poçt markaları hazırlanıb

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC ənənəyə sadiq qalaraq, əlamətdar hadisələrə həsr olunan yeni markalar dövriyyəyə buraxıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin AZƏRTAC-a bildiriblər ki, “Azərmarka” MMC-nin hazırladığı növbəti markalar sentyabrın 1-də Bakıda start götürəcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilib. Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb.

Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.

Xatırladaq ki, ötən il “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” seriyasından hazırlanan poçt markası İtaliyada yayımlanan “L'arte del Francobollo” jurnalı tərəfindən “Ayın ən orijinal markası” seçilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.