İDMAN


Bakı Şahmat Olimpiadasında IV tur başlayıb [YENİLƏNİB] VİDEO

A+ A

42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turuna start verilib.

Kişilərdən ibarət əsas komandamız Rumıniya ilə qarşılaşır. İkinci millimizin rəqibi görməqabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandası (İBCA) ilə gücünü sınayır. Üçüncü yığmamız isə Türkmənistanı sınağa çəkir.

Qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşır. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirir.

Yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır.

Xatırladaq ki, Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.

Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höcətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandaya Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova, üçüncü komandanın heyətinə isə Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova daxildir.

11:22

Bakı, 5 sentyabr, AZƏRTAC 

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun təqvimi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, itkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız sentyabrın 5-də Rumıniya ilə üz-üzə gələcək. İkinci millimizin rəqibi görməqabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandası (İBCA) olacaq. Üçüncü yığmamız isə Türkmənistanı sınağa çəkəcək. Günün ən çox maraq doğuran görüşlərindən biri Ukrayna və Rusiya arasında keçiriləcək. Həmçinin Hindistan-Kuba, ABŞ-Çexiya, Çin-İtaliya, İngiltərə-Hollandiya, Yunanıstan-Fransa görüşləri də maraqla gözlənilir.

Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşacaq. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Favoritlərdən Çin Latviya ilə, Ukrayna Fransa ilə, Rusiya Macarıstanla, Hindistan İsraillə, Gürcüstan Misirlə, ABŞ Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət əsas millisi 6 xalla Rusiya və Kuba ilə birgə 1-3-cü yerləri bölüşür. “Azərbaycan-2” komandası 33-cü, “Azərbaycan-3” isə 59-cu pillədə qərarlaşıb. Qadınlardan ibarət birinci komandamız 12-ci, “Azərbaycan-2” 19-cu, “Azərbaycan-3” isə 33-cü pillədə qərarlaşıb. Qadınların mübarizəsində Rusiya, Fransa və Hindistan 6 xalla 1-3-cü yerləri bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.