İDMAN


Bakı Şahmat Olimpiadasında beşinci tura yekun vurulub

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının beşinci turu keçirilib.

AZƏRTAC xəbər verir ki, Olimpiadanın beşinci günündə kişilərin yarışında Azərbaycanın əsas komandası güclü Hindistan yığması ilə qarşılaşmadan məğlub ayrılıb - 1:3. İkinci komandamız isə Türkmənistan millisi üzərində təmiz qələbə qazanıb - 4:0. Azərbaycanın üçüncü komandası isə Zimbabve yığması ilə görüşdə uğur qazana bilməyib - 1,5:2,5.

Qadınların yarışında isə əsas yığma komandamız Almaniya yığmasını məğlub edib - 3:1. İkinci millimizin üzvləri ispaniyalı rəqiblərinin müqavimətini qıra bilməyiblər - 2:2. Üçüncü komandamız isə Özbəkistan yığmasına məğlub olub - 3:1.

Kişilərin mübarizəsində Hollandiya, Ukrayna və Hindistan 10 xalla ilk üç yeri bölüşür. Hesablarında 9 xal olan Çexiya, ABŞ, Gürcüstan milliləri 4-6-cı yerlərdə qərarlaşıb. Azərbaycanın birinci komandası 8 xalla doqquzuncu sıradadır.

Qadınların yarışında isə turnir cədvəlinə 10 xalla Rusiya və Ukrayna milliləri başçılıq edir. Hər birinin aktivində 9 xal olan Rumıniya, Çin və Azərbaycanın birinci komandası 3-5-ci yerləri bölüşür.

Sentyabrın 7-si Bakı Şahmat Olimpiadasında istirahət günüdür. Sentyabrın 8-də isə Olimpiadada altıncı turun görüşləri keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.