İDMAN


Bakı Şahmat Olimpiadasında bu gün VI turunun oyunları keçiriləcək

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC 

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turunun oyunları keçiriləcək.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kişilərdən ibarət əsas millimiz Yunanıstanla qarşılaşacaq. İkinci komandamız Rumıniya, üçüncü yığmamız Qana ilə üz-üzə gələcək.

Favoritlərdən Hindistan Hollandiya ilə, ABŞ Ukrayna ilə, Rusiya Almaniya ilə, Çin Argentina ilə, Gürcüstan Çexiya ilə qarşılaşacaq.

Beş turdan sonra kişilərdən ibarət əsas millimiz 8 xalla 9-cu pillədə qərarlaşıb. Eyni xala malik ikinci komandamız 11-ci, 4 xalla üçüncü yığmamız isə 99-cudur. Turnir cədvəlinə maksimum nəticə göstərən Hollandiya, Ukrayna və Hindistan milliləri başçılıq edir.

Qadınlardan ibarət əsas yığmamızın VI turdakı rəqibi Gürcüstandır. İkinci millimiz Çexiya, üçüncü komandamız isə Çili ilə qarşılaşacaq.

Qadınların yarışında bu gün əsas diqqətlər Ukrayna - Rusiya görüşünə yönələcək. Favoritlərdən Çin Rumıniya ilə, Hindistan Latviya ilə, ABŞ Türkiyə ilə, Polşa Vyetnamla görüşəcək.

Qadınlardan ibarət əsas millimiz 5 turdan sonra 9 xalla beşinci pillədədir. İkinci komandamız 6 xalla 39-cu, üçüncü yığmamız isə 5 xalla 61-ci yeri tutur.

Xanımların mübarizəsində 5 turdan sonra maksimum nəticə göstərən Ukrayna və Rusiya yığmaları ilk 2 yeri bölüşdürürlər. Əsas millimiz kimi 9 xal toplayan Rumıniya üçüncü, Çin dördüncüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.