İDMAN


Bakı Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan komandaları ilə görüş keçirilib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC 

Avqustun 31-də Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mötəbər yarışın keçiriləcəyi “Bakı Crystal Hall”da olublar.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, arenada yaradılan şəraitlə tanış olan rəsmilər kompleksin 42-ci Ümumdünya Şahmat Olimpiadasına tam hazır olduğunu bildiriblər.

Sonra Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan yığma komandalarının üzvləri ilə görüş keçirilib.

Azərbaycan Olimpiadada 3 kişi və 3 qadın komandası ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.