İDMAN
Bakı Şahmat Olimpiadasında üçüncü turun təqvimi müəyyənləşib
Bakı, 4 sentyabr, AZƏRTAC
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında üçüncü turun təqvimi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət əsas millisi Macarıstan ilə qarşılaşacaq. İkinci yığmamız Hindistan, üçüncü komandamız Livan şahmatçıları ilə yarışacaq. Qadınlardan ibarət komandalarımızın rəqibləri isə Polşa, Almaniya və Qırğızıstan milliləri olacaq.
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət birinci komandası hazırda 4 xal toplayaraq Rusiya və Polşa ilə birgə 1-3-cü yerləri bölüşür. Qadınların mübarizəsində Çin, Rusiya və Litva 4 xalla liderlər sırasındadır. Qadınlardan ibarət əsas komandamız turnir cədvəlinin 19-cu pillədə yer alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [19:15]
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
- 20.04.2024 [19:00]
Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb
- 20.04.2024 [18:27]
Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir
- 20.04.2024 [17:49]
İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub
- 20.04.2024 [17:31]
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub
- 20.04.2024 [16:57]