İDMAN


Bakı Şahmat Olimpiadasının IX turunun təqvimi açıqlanıb

A+ A

Bakı, 11 sentyabr, AZƏRTAC

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının sentyabrın 11-də saat 15:00-da start veriləcək IX turunun təqvimi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət əsas millimiz Rusiya yığması ilə qarşılaşacaq. İkinci komandamız Vyetnam, üçüncü yığmamız isə Honduras millisi ilə üz-üzə gələcək.

Qadınlardan ibarət əsas yığmamız isə IX turda Ukrayna üz-üzə gələcək. İkinci komandamız Fransa, üçüncü yığmamız isə Əlcəzair ilə görüşəcək.

Səkkiz turdan sonra hesabında 13 xal olan kişilərdən ibarət əsas komandamız turnir cədvəlində beşinci sırada qərarlaşıb. İkinci yığmamız 11 xalla 19-cu, üçüncü komandamız isə 8 xalla 76-cı pillədədir. Turnir cədvəlinə hər birinin hesabında 14 xal olan ABŞ, Hindistan və Ukrayna komandaları başçılıq edirlər. Azərbaycanın əsas komandası ilə eyni xal toplayan Rusiya dördüncü, Norveç isə altıncı pillədədir.

Qadınların yarışında isə Azərbaycanın əsas komandası 12 xalla 10-cu pillədədir. On bir xal toplayan ikinci komandamız 18-ci, üçüncü yığmamız isə 10 xalla 28-ci sıradadır. Qadınların yarışında Çin və ABŞ şahmatçıları 14 xalla birinci və ikinci yerləri bölüşdürürlər. Aktivlərində 13 xal olan Polşa və İsrail 3-4-cü yerlərdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.