İDMAN


Bakı Şahmat Olimpiadasının X turunun təqvimi müəyyənləşib

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında X turun təqvimi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də kişilərdən ibarət əsas millimiz İngiltərə ilə qarşılaşacaq. İkinci komandamız Serbiya, üçüncü yığmamız isə Yaponiya millisi ilə üz-üzə gələcək.

Doqquz turdan sonra hesabında 13 xal olan əsas komandamız turnir cədvəlində 8-ci sırada qərarlaşıb. İkinci yığmamız 11 xalla 33-cü, üçüncü komandamız isə 10 xalla 71-cı pillədədir. Turnir cədvəlinə hər birinin hesabında 16 xal olan ABŞ və Ukrayna komandaları başçılıq edirlər. Rusiya yığması isə 15 xalla üçüncü pillədə qərarlaşıb.

Qadınlardan ibarət əsas yığmamız X turda Kolumbiya ilə üz-üzə gələcək. İkinci komandamız İsveçrə, üçüncü yığmamız isə Belarus ilə görüşəcək.

Qadınların turnirində əsas komandamız hazırda 12 xalla 19-cu pillədədir. On bir xal toplayan ikinci komandamız 27-ci, üçüncü yığmamız isə 33-cü sırada yer alırlar. Çin şahmatçıları 16 xalla birinci, Polşa millisi 15 xalla ikinci pillədədir. Ukrayna, Rusiya, Hindistan və ABŞ şahmatçıları 14 xalla 3-6-cı yerləri bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.