İDMAN


Bakı Şahmat Olimpiadasının açılış mərasiminə hazırlıq davam edir VİDEO

A+ A

Bakı, 19 avqust, AZƏRTAC 

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq davam edir. Artıq tədbirin ssenarisi təsdiqlənib və mərasimin məşqlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı “Amapola Exclusive Events” şirkətinin dəstəyilə tədbirin hazırlıq işləri həlledici mərhələyə çatıb.

Mərasimin tərtibatçısı ukraynalı rejissor Knış Viktor Nikolayeviçdir. Yaradıcı heyətə Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradova, RAST Prodakşının rəhbəri, Əməkdar artist Rəşad Haşımov dəvət olunub.

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19.00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.