İDMAN


Bakı Şahmat Olimpiadasının könüllüləri arasında intellektual yarış keçirilib

A+ A

Bakı, 8 avqust, AZƏRTAC 

Bakı Şahmat Olimpiadasının könüllüləri arasında Nə? Harada? Nə vaxt? intellektual oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, 100-dən artıq gəncin yarışdığı sual-cavab müsabiqəsində “İndispensable” komandası ən çox xal toplamaqla qalib adını qazanıb.

Yarışın təşkilində əsas məqsəd olimpiada ərəfəsində könüllüləri motivasiya etmək, komanda quruculuğunu yüksəltmək, şahmatla bağlı yeni bilikləri interaktiv şəkildə öyrətməkdən ibarət olub.

Qeyd edək ki, yarışda şahmatla bağlı suallar çoxluq təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.