İDMAN
Bakı Şahmat Olimpiadasının talismanı: “Şah oğlan”
Bakı, 11 avqust, AZƏRTAC
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının talismanı “Şah oğlan” paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunur.
AZƏRTAC xəbər verir ki, şahmat həvəskarları bazar ertəsindən başqa, həftənin bütün günlərində “28 Mall”, “Park Bulvar” və “Metro Park” alış-veriş mərkəzlərində “Şah oğlan”ı görə və onunla şəkil çəkdirə bilərlər. Bu məkanlarda, həmçinin Bakı Şahmat Olimpiadasının məlumat mərkəzləri fəaliyyət göstərir. Mötəbər yarışla bağlı istənilən suala həmin mərkəzlərdən cavab tapmaq mümkündür.
“Şah oğlan” saat 15:00-dan 18:00-dək alış-veriş mərkəzlərində, saat 19:00-dan 21:00-dək isə Dənizkənarı Milli Parkda və Fəvvarələr meydanında nümayiş etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]