İDMAN
Bakı Şahmat Olimpiadasının tərəfdaşları məlum olub
Bakı, 23 avqust, AZƏRTAC
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi mötəbər yarışın keçirilməsində dəstək olan şirkətlərin adını açıqlayıb.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin AZƏRTAC-a verdiyi məlumata görə, 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi tərəfdaşları kimi SOCAR, Azercell, Türk Hava Yolları, Qatar Airways, SMARTSCORİNG, “Meqa Sığorta” ASC, Modern Hospital, Badamlı, Tudor, Lavazza, Milla, Jalə və Tranquini ilə müqavilə imzalanıb.
Olimpiadanın tərəfdaşları mötəbər yarışa dəstək olmaqdan məmnunluq hissini bildirməklə yanaşı Azərbaycan milli komandalarına uğurlar arzu edirlər.
Qeyd edək ki, Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də olacaq. İlk tur sentyabrın 2-də oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]