İQTİSADİYYAT
Bakı-Şamaxı avtomobil yolunun bir hissəsində bu gündən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı, 14 mart, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8-ci kilometrində Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq mart ayının 14 və 15-də gecə saat 00:00 dan səhər saat 5:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, mart ayının 16 və 17-də isə, gecə saat 00:00-dan səhər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün tamamilə bağlanacaq.
Alternativ yol olaraq, nəqliyyat vasitələri Hacı Zeynalabdin Tağıyev–Sahil avtomobil yolundan istifadə etməklə Bakı-Şamaxı yoluna və əksinə çıxmaqla hərəkətlərini davam etdirə bilərlər.