İQTİSADİYYAT
Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi işləri davam etdirilir VİDEO
Bakı, 18 iyul (AZƏRTAC). Bakı-Şamaxı yolunun 45-ci kilometrliyindən 91-ci kilometrliyinədək olan hissəsində əlavə iki zolağın tikintisi davam etdirilir. Yol boyu boruların salınması, 2 körpünün, 6 yerüstü piyada və 16 mal-qara keçidinin inşası nəzərdə tutulub.
“Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AZƏRTAC-a bildirib ki, dörd zolaqdan ibarət olması nəzərdə tutulan yolda torpaq işlərinin 40 faizi yerinə yetirilib. Artıq 25 dairəvi boru salınıb və kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılıb. Körpülərdən birində isə sıvayların tikintisi yekunlaşıb. Üçaşırımlı körpünün uzunluğu 58, eni 11,5 metr olacaq.
Qeyd edək ki, 2013-cü ilin avqustunda başlanan işlərin 2015-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]