CƏMİYYƏT
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilk dəfə məktəbə gedən uşaqları sevindirib
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) 2016-2017-ci tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatları paylayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən BŞGİBİ-nin rəis müavini Aydın Yusifov bu il Bakıda məktəbə gedən bütün uşaqlara müvəffəqiyyət arzulayıb. O bildirib ki, BŞGİBİ artıq 10 ildir ilk dəfə məktəbə gedən aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqları məktəbli çantası və məktəb ləvazimatları ilə təmin edir.
Sonda 150 uşağa Baş İdarə tərəfindən məktəbli çantası və məktəb ləvazimatları paylanılıb.