İDMAN


“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti “Bakutel-2016” sərgisində iştirak edir

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC 

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ölkəmizdə keçirilən və 18 ölkədən 200-dək şirkətin qatıldığı “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisində iştirak edir.

AZƏRTAC xəbər verir ki, BŞH-nin stendində quraşdırılmış böyük ekranda bu yay Bakıda ilk dəfə təşkil olunan Formula-1 Avropa Qran-prisinin unudulmaz anları, yarışa nəzarət və pit binalarının inşa prosesini göstərən videoçarxlar nümayiş olunur.

Bununla yanaşı, Formula-1 Qran-prisinin könüllüləri yarış həvəskarlarını maraqlandıran sualları ətraflı şəkildə cavablandırırlar.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarış həvəskarlarını “Bakutel-2016” sərgisində şirkətin təqdim etdiyi stendlə tanış olmağa dəvət edərək deyib: “Biz bu ilin yayında ölkəmizdə ilk dəfə olaraq, Formula-1 yarışına ev sahibliyi etdik və mövsümü uğurla başa vurduq. Birinci ilin uğuru onu göstərdi ki, Formula-1 və Bakı bir-birinə çox gözəl yaraşır. İnanırıq ki, hər il biz daha maraqlı və əyləncəli tədbirlərlə zəngin olan yarış həftəsonu ilə azarkeşlərlə görüşəcəyik”.

Dekabrın 1-də bilet satışına start veriləcəyini vurğulayan N.Arpadarai ilk iki ay ərzində bütün biletlərdə 30 faizədək endirimlərin təklif olunacağını bildirib. “İdmansevərlərin diqqətinə çatdırıram ki, belə endirim fürsəti bir də olmayacaq. Odur ki, hamını indidən bu fürsəti əldən verməməyə və eyni zamanda, stendimizi ziyarət edərək “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin uğurlu fəaliyyəti ilə yaxından tanış olmağa dəvət edirəm”, – deyə Nigar Arpadarai diqqətə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.