CƏMİYYƏT


Bakı Slavyan Universiteti beynəlxalq əlaqələrini genişləndirir

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumun iştirakçıları - ABŞ parlamentinin üzvü, Viskonsin Universitetinin rektoru, jurnalist, beynəlxalq multikulturalizm məsələləri üzrə ekspert Peter Tase, Paraqvay Milli Şərq Universitetinin rektoru, Paraqvay parlamentinin deputatı Esmerita Sançes de Da Silva və Portuqaliya Universitetinin prorektoru Teresa do Rosario Domasio Bakı Slavyan Universitetində (BSU) olublar.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Paraqvayın iki universiteti - Milli Şərq (Santa Clara de Asis Universiteti) və Şərqin Milli universitetləri, həmçinin ABŞ-ın Viskonsin Universiteti ilə BSU arasında anlaşma memorandumu və əməkdaşlıq haqqında razılaşma müqaviləsi imzalanıb.

BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əlaqələri olduğunu, burada ayrı-ayrı ölkə və xalqların tarixinin, mədəniyyətinin, ədəbiyyatının, etnoqrafiyasının araşdırıldığını və Avropaya inteqrasiya prosesinə öz töhfələrini verdiyini söyləyib.

N.Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumuna dünyanın müxtəlif ölkələrindən qonaqların gəlməsini əlamətdar hadisə kimi dəyərləndirib, bunun ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına ciddi təkan verəcəyini vurğulayıb. Rektor forumun keçirilməsinin Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməsi istiqamətində növbəti addım olduğunu qonaqların diqqətinə çatdirdı.

P.Tase Azərbaycana səfərdən məmnunluğunu bildirib, ölkəmizin qısa müddətdə böyük inkişaf yolu keçdiyini söyləyib. O, bir jurnalist kimi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bundan sonra daha çox fəallıq göstərəcəyini bildirib. O, Azərbaycan müəllim və professorlarının, o cümlədən tələbələrinin əsərlərinin ABŞ-ın müxtəlif qəzet və jurnallarında dərc olunmasına şərait yaradacağını qeyd edib.

Tədbirin sonunda P.Tase BSU-nun beynəlxalq münasibətlər fakültəsinin tələbələri üçün multikultural dəyərlər mövzusunda mühazirə oxuyub, onların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.