ELM VƏ TEXNOLOGİYA


Bakı Slavyan Universitetində “Auditoriya+” layihəsinin icrasına başlanılıb

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) “Auditoriya+” layihəsi çərçivəsində təlim-seminar keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, layihənin həyata keçirilməsinin əsas məqsədi ölkəmizin digər elm-təhsil müəssisələrində çalışan mütəxəssisləri universitetə cəlb etmək, yeni əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaqdır.

Tədbirdə “Auditoriya+” layihəsinin rəhbəri, dosent Şükufə Ağakişiyeva bu təşəbbüs barədə ətraflı məlumat verib.

BSU-nun ibtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova, dosent Çimnaz Məmmədova layihənin əhəmiyyətini vurğulayıblar.

Seminarda AMEA-nın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu “Azərbaycanda dil situasiyasına təsir edən amillər”, “Azərbaycan dilinin öyrənilməsi, saflığı, dilin təlim üslubu uğrunda mübarizə”, “Rus dilində təhsilin Azərbaycan dilinin inkişafına təsiri” mövzularında təqdimatla çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.