CƏMİYYƏT


Bakı Slavyan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC 

Bakı Slavyan Universitetində (BSU) 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan “Mənim varlığımın cilası bayraq” mövzusunda tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, mərasimdə universitetin rektoru, professor Nurlana Əliyeva Dövlət Bayrağı Gününün hər bir azərbaycanlı üçün qürur və şərəf günü olduğunu söyləyib. O, BMT-də, müxtəlif beynəlxalq tədbirlərdə qürurla dalğalanan Azərbaycan bayrağının ölkəmizin siyasi qüdrətini, iqtisadi potensialını, hərbi gücünü təmsil etdiyini vurğulayıb, gənclərimizi Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb. Əlamətdar gün münasibətilə universitetin kollektivini təbrik edən rektor onlara uğurlar arzulayıb.

Digər çıxış edənlər dövlət bayrağının rəmzi mənalarından, onun milli-mənəvi dəyərlərimizdəki yerindən söz açıb, Azərbaycan ərazisində qədim dövrlərdən mövcud olan dövlət və xanlıqların bayraqları barədə məlumat veriblər.

Sonra Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Bayraq yürüşü”nü əks etdirən slayd nümayiş olunub.

Tədbirin bədii hissəsində tələbələrin və BSU-nun məktəb-lisey kompleksinin şagirdlərinin ifasında vətənpərvərlik və bayraq haqqında mahnılar səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.