CƏMİYYƏT


Bakı Slavyan Universitetində Milli Dirçəliş Günü qeyd olunub

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr olunmuş elmi seminar keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda tədris işləri üzrə prorektor, professor Telman Cəfərov və tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova hər iki tarixi günün mahiyyətindən danışıblar. Bildirilib ki, dirçəliş hərəkatının öyrənilməsi, onun bugünkü və gələcək nəslə çatdırılması böyük əhəmiyyət daşıyır. Konstitusiyada təsbit olunan insan hüquqları, habelə Azərbaycanın hüquq sistemində konstitusiya dəyərlərinin rolundan danışan prorektorlar əlamətdar gün münasibətilə seminar iştirakçılarını təbrik ediblər.

Seminarda Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirovun “Azərbaycan Respublikasının Konstitusiya əsasları” mövzusunda geniş məruzəsi dinlənilib.

Sonra universitetin tələbələrinin Konstitusiya və Milli Dirçəliş günləri barədə çıxışları dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.