ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində rus dili ilə bağlı kitabların təqdimatı olub

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Bakı Slavyan Universitetində (BSU) tədrisin rus dilində aparıldığı Azərbaycan məktəblərinin beşinci sinifləri üçün “Literatura” dərsliyinin, “Rus dili ölkəsində (V strane ruskoqo yazıka)” və “Müəllimlər üçün vəsait” kitablarının təqdimatı olub.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin prorektoru, professor Telman Cəfərli “Literatura” dərsliyi və “Müəllimlər üçün vəsait” kitabları üzərində iş prosesi, nəşrlərin məziyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dərslik və metodik vəsait hazırlanarkən yeni tələblər nəzərə alınıb.

Daha sonra kitabın müəllifləri olan Bahar Bağırlı, BSU-nun əməkdaşları İlahə Carçıyeva, Mətanət Nadirli, Naibə Kərimli, Gürcüstanı təmsil edən professor David Qosiridze vurğulayıblar ki, dərslik və metodik vəsait rus dilini öyrənənlər üçün də dəyərli mənbədir.

“Rus dili ölkəsində” kitabı ilə bağlı fikirlərini bölüşən BSU-nun rektoru, professor Nurlana Əliyeva, Beynəlxalq Rus dili və Ədəbiyyatı Assosiasiyasının və Rusiyanın Təhsil Akademiyasının prezidenti xanım Lyudmila Verbitskaya, Rusiyanın A.Puşkin adına Dövlət Rus Dili İnstitutunun professoru, “Rus dili xaricdə” jurnalının redaktoru İrina Orexova təqdim olunan nəşrlərdə rus dilindəki dəyişikliklərin, elmi-texniki inkişafla bağlı dildə cərəyan edən proseslərin nəzərə alındığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.