İQTİSADİYYAT


Bakı Şopinq Festivalından “Atelier Moscow” və Aleksandr Terexovla birgə möhtəşəm təklif

Bakı, 4 may, AZƏRTAC

Bakı Şopinq Festivalı alıcıları çoxlu sayda sürprizləri ilə heyrətləndirməkdə davam edir. İndi festival çərçivəsində bütün dünya şöhrətli Aleksandr Terexovun baş dizayneri olduğu “Atelier Moscow” by Alexander Terekhov”un xidmətlərindən istifadə etmək olar.

Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Aleksandr Terexovun “Atelier Moscow”u istənilən mürəkkəblikdə layihələrdən orijinal və unikal toy paltarları, ziyafət geyimlərindən tutmuş, gündəlik geyim və klassik kostyumlaradək eksklüziv tikiliş xidmətini təklif edən təcrübəli dizaynerlər və dərzilərdən ibarət komandadır.

Mayın 5-də və 6-da Bakı Şopinq Festivalı çərçivəsində unikal fürsət təklif edilir – həmin günlər Bakıda olacaq “Atelier Moscow” komandası ilə şəxsən ünsiyyətdə olub istənilən sifarişi verə bilərsiniz.

“Atelier Moscow” komandası nümayəndələri ilə ünsiyyət qurmaq və Bakı Şopinq Festivalının Tbilisi prospekti, 27 ünvanında yerləşən “Qlobus Plaza”dakı “Fashion Pavilionu”nda sifariş vermək lazımdır.

Fərdi eskizin hazırlanması, material nümunələrinin təqdim edilməsi, məhsulun ilk andan hazır olma mərhələsinədək diqqət mərkəzində saxlanılması atelyenin iş prinsipinə daxildir.

“Atelier Moscow” Avropanın ən yaxşı parça və aksessuar təchizatçıları ilə əməkdaşlıq edir. Müştərinin arzusuna uyğun olaraq, atelye müxtəlif materiallardan əl tikilişi də həyata keçirə bilər. Həmçinin Avropanın qabaqcıl fabriklərində tikiş üçün eksklüziv forma hazırlamaq mümkündür.

“Atelier Moscow”da Aleksandr Terexovun kolleksiyasından istənilən modeli fərdi ölçüyə uyğun sifariş edə bilərsiniz. Bundan başqa atelye ən kiçik müştərilərlə də işləyərək istənilən formada uşaq geyimlərinin tikilişini həyata keçirir. “Alexander Terekhov Kids” kolleksiyasından modellərin uşaqlarınızın ölçüsünə uyğun tikilişi üçün sifarişi qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.