İQTİSADİYYAT


Bakı Şopinq Festivalından restoranlara pulsuz yemək aksiyası davam edir

Bakı, 5 may, AZƏRTAC

Bakı Şopinq Festivalında 200 manatdan çox alış-veriş edən müştərilərə şəhərimizin bir sıra məşhur restoranlarında yemək kuponlarının hədiyyə edilməsi prosesi davam edir. Bu kampaniyaya qoşulan restoranların da sayı günbəgün artır. Festivalın son gününədək alıcılar ödəniş etmədən, həmin restoranların geniş çeşidli menyularından istədikləri yeməkləri sifariş edə bilərlər.

Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, Bakının tarixi hissəsi olan İçərişəhərdə, Asəf Zeynallı küçəsi, 16 ünvanında yerləşən “Merci Baku” restoranına 15 manatlıq yemək kuponu hədiyyə edilir. Bu hədiyyə kuponlarından birini qazanmaq üçün 200-300 manatlıq alış-veriş etmək və ƏDV kampaniyasından yararlanmaq lazımdır.

Festival mağazalarında 200-300 manatlıq alış-veriş edərək ƏDV qaytarılmasından istifadə etmiş müştərilərə İnşaatçılar prospektində yerləşən “Pəncərə” restoranına, Zağulba qəsəbəsində yerləşən “Sherlocks” və İnşaatçılar prospekti, 33 ünvanında yerləşən “Mado Japanese Restaurant”a da 50 manatlıq yemək kuponları hədiyyə edilir. Bu kuponlara pulsuz sahib olmaq üçün Festivalda iştirak edən mağazalarda 200 manatdan 300 manatadək alış-veriş etmək və ƏDV qaytarılması kampaniyasından yararlanmaq lazımdır. “Mado”, “Pəncərə” və “Sherlocks” restoranlarına hədiyyə edilən yemək kuponlarının üzərində hər üç restoranın adı qeyd olunub. Müştəri öz seçiminə əsasən, bu üç restorandan birində qonaq ola bilər.

Bundan başqa, festival mağazalarında 200-300 manat arasında şopinq edən alıcılara Bakının mərkəzində – Neftçilər prospekti, 62 ünvanında yerləşən “Fizza lounge”, Salatın Əsgərova küçəsi, 101-də yerləşən “Restoran 32” və Mərdanov qardaşları 6/1 ünvanında yerləşən “Cosa Nostra” restoranlarına 20 manatlıq yemək kuponları hədiyyə ediləcək.

Bütün yuxarıda sadalanan restoranlara hədiyyə kuponları “Port Baku”, “Park Bulvar”, “Metro park”, “28 Mall” və “Gənclik Mall”da yerləşən Baku Shopping Festival-Tax Free köşklərində təqdim edilir. Kuponu əldə etmək üçün alıcı Tax Free köşkünə yaxınlaşaraq ƏDV qaytarılması haqda sənədi təqdim edir. Festival əməkdaşları vergi hesab fakturasını yoxladıqdan və tələb olunan prosedurdan sonra alış-veriş zamanı ödənilmiş məbləğə əsasən, hədiyyə ediləcək kuponu müştəriyə təqdim edir.

Nəzərinizə çatdırırıq ki, biletlər məhdud saydadır! Tələsin!

Kampaniya mayın 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.