MƏDƏNİYYƏT
Bakı Şopinq Festivalının “Fashion Pavilion”u açıldı!
Bakı, 19 aprel, AZƏRTAC
Bakı Şopinq Festivalının “Fashion Pavilion”nu fəaliyyətə başladı. Barkersdə yerləşən “Fashion Pavilion”a gəlməklə 16-sı milli, ümumi olaraq 23 müəllifin brend geyim, aksesuar və mebel əşyaları arasında seçim edə bilərsiniz. “Fashion Pavilion” istənilən tərzdə eksklüziv brendlərin tikiliş və satışını həyata keçirir və festival müddətində, həftənin 7 günü səhər saat 10-dan 21-dək yolunuzu gözləyir.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, bütün nümayiş olunan mallar əl işi olmaqla bərabər yüksək keyfiyyət və müasir dəbə əsaslanır. Milli ruhda təkrarolunmaz məhsullardan hazırlanan mallar, istəyinizə uyğun olaraq, sizin üçün hədiyyə qablaşdırmasında təqdim edilir.
Məşhur modelyerlərin – Zümrüd Mirzəliyeva, Hökümə Hacıyeva (Hokuma by Hokuma Hajiyeva), Lalə Ağayeva (“Laco” by Lala Agayeva), “Türban Moda”, “Bechique”, “El Carre”, “Mütəkkəh”, Milena Nəbiyeva, Renara, Amapola, Baharı, Nadit, S.E.V. Handmade, “Gazelli”, “Janar” brendləri arasında seçim edib istədiyiniz müəllifdən brend geyim, aksesuar və mebel əldə edə bilərsiniz.
Bundan başqa brend markaları öz ölçüsünə uyğun sifariş etmək istəyənlər üçün şad xəbər: hər gün yerli dizaynerlərlə görüş keçiriləcək və hətta istədiyiniz dizaynerdən öz ölçünüzə uyğun fərdi tikiş də sifariş edə biləcəksiniz.
Tbilisi prospekti, 35 ünvanında yerləşən “Globus Plaza”da yerləşən “Barkers”ə gəlin və festivalın modalar pavilyonunda istədiyiniz brendi seçin və öz ölçünüzə uyğun olan fərdi sifarişinizi verin.
Daha ətraflı məlumat üçün 012-464-92-00 telefon nömrəsinə zəng edə bilərsiniz.