İQTİSADİYYAT


Bakı Şopinq Festivalının bitməsinə beş gün qalıb

Bakı, 6 may, AZƏRTAC

Ölkəmizdə keçirilən Bakı Şopinq Festivalı şəhərimizdə alış-verişi daha da sərfəli etdi.

Bakı butiklərində son vaxtlar çoxlarının nəzər yetirdiyi qiymət dəyişməsi baş verib. Geyim, ayaqqabı, aksesuar, parfümeriya, məişət avadanlığı və digər malların qiymətlərinin ən azı 30 faizədək endirilməsi və üstəlik hər 100 manatdan artıq alış-verişdə ƏDV-nin qaytarılması imkanı turistlər və yerli əhali üçün Bakı şəhərini aprelin 10-dan mayın 10-dək dünyanın ən cəlbedici şopinq məkanlarından birinə çevirdi. Əlverişli və dəbli şopinq etmək üçün artıq xaricə getməyə ehtiyac qalmır.

Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, bəzi Avropa ölkələri, Türkiyə, Dubay və Rusiyadan daha aşağı olan qiymətlər festivala qoşulmuş dükanlarda keçirilən, ən azından 30 faizədək güzəştlər və digər aksiyalar daha da sərfəli edir. Üstəlik, “Tax Free” xidmətindən faydalanıb ƏDV vergisini geri almaq imkanı festival zamanı Bakını çox sərfəli şopinq mərkəzinə çevirib.

Bu gün Bakının əksər ticarət mərkəzlərində və brend mağazalarında festival ab-havası davam edir. Bakı Şopinq Festivalı bütün Bakı sakinlərini və turistləri cəmi 4-5 gündən sonra başa çatacaq əlverişli alış-veriş imkanı və digər fürsətlərdən maksimum yararlanmağa çağırır.

Bakıda fəaliyyət göstərən və festivala qoşulmuş 200-dək mağazada şopinq etməklə həm büdcənizə qənaət etmək, həm də bəyəndiyiniz ən keyfiyyətli brend malları görünməmiş ucuz qiymətə almaq imkanını əldən verməyin.

Cəmi beş gündən sonra endirim və güzəştlərin başa çatacağı həmin mağazaların adları və ünvanlarını Bakı Şopinq Festivalının rəsmi internet saytından (www.bakushopfest.com) əldə edərək alış-veriş etməyə tələsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.