Bakı Şopinq Festivalının keçiriləcəyi məkanların 6-da ƏDV köşkləri quraşdırılıb
Bakı, 7 aprel, Elvin Camalov, AZƏRTAC
Bakı Şopinq Festivalının keçiriləcəyi məkanların 6-da ƏDV köşkləri quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
O bildirib ki, Bakı Şopinq Festivalı üçün hazırlıq işləri tamamilə başa çatıb. ƏDV-nin qaytarılması ilə bağlı proqram təminatı da hazırlanıb və test rejimində sınaqdan keçirilib. Bu günə qədər 5 bank müəyyən edilib ki, onların 15 filialı ƏDV-nin qaytarılması prosesində bilavasitə iştirak edəcək.
S.Ələkbərov qeyd edib ki, aksizli mallar, avtomobil ehtiyat hissələri və bir sıra başqa məhsullar üzrə ƏDV qaytarılmayacaq və artıq 102 ticarət obyekti rəsmi qeydiyyatdan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [11:03]
Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir
- 28.10.2026 [16:10]
Azərbaycan IX Dünya İnvestisiya Forumunda təmsil olunub
- 28.10.2026 [14:53]
Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
- 27.10.2026 [16:45]